Bakı Olimpiada-2020 üçün Sifariş kitabını təqdim etdi
15 fevral 2012 01:04

Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iqamətgahında “Bakı-2020” Sifariş kitabının təqdimatı olub. Azerisport.az xəbər verir ki, Bakı BOK-a öz sifarişini rəsmi şəkildə təqdim edən dördüncü şəhərdi.
Öncə Tokio və Dohanın təqdimatları, fevralın 14-də səhər isə Madridin təqdimatı olub. Bu gün- sifariş verilməsinin sonuncu günü İstanbul öz Kitabını təqdim edəcək. Xatrırladaq ki, Roma 2020-ci il Olimpiadası uğrunda mübarizədə öz namizədliyini geri götürüb.
Lozannada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, Olimpiya çempionu Zemfira Meftahətdinova, paralimpiya çempionu İlham Zəkiyev, habelə “Bakı-2020” olimpiadasının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva təmsil ediblər. Təqdimat zamanı olimpiya çempionları Elnur Məmmədlinin və Namiq Abdullayevin 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləyən sözləri oxunub.