Fotoreportaj|Video|На русском

Olimpizm

Bakı-2020 olimpiada üçün məkanları açıqladı

21 fevral 2012 00:22
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarında yarışları keçirmək üçün nəzərdə tutduğu idman qurğuları və onların yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bakı-2020-nin Təşkilat Komitəsi bu barədə BOK-a təqdim etdiyi Sifariş Kitabında bilgi verib.
 
Orada qeyd olunub ki, olimpiada üçün nəzərdə tutulan 26 obyektdən yarısı artıq hazırdır. Bakı Sərgi Mərkəzi (“Baku Expo Center”), Binə Mərkəzi, Milli Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tennis Mərkəzi dünya standartlarına uyğunlaşdırılıb. Gəncə, Qəbələ və Sumqayıt şəhər stadionları yenidən qurulacaq, Eurovision-2012 Beynəlxalq Mahnı Müsabiqəsini qəbul edəcək Kristal Zalı və 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının da təşkil olunacağı 8-ci km stadionu tikilməkdədi.
 
Bakı Olimpiya Stadionu, Milli Su İdman növləri Mərkəzi və Milli Gimnastika Mərkəzi 2013 – 2015-ci illərdə tikiləcək. 2019-cu ildə Velosiped-Motosiklet Mərkəzi, Çoxməqsədli Arena və Xocasən gölündə Kayak-Kanoe və Akademik Avarçəkmə Mərkəzinin tikintisi nəzərdə tutulub. Eyni zamanda Biləcəridə dağ veloidmanı və bulvar ərazisi də müvəqqəti qurğular kimi istifadəyə veriləcək. Umumiyyətlə, 26 qurğudan 21-i olimpiya kəndindən 20 dəqiqəlik məsafədə yerləşəcək. Beynəlxalq Yayım və Media Mərkəzi də olimpiya kəndində yerləşəcək.
 Bakı-2020 qalib gələrsə, «dördilliy»in ən böyük idman bayramının keçiriləcəyi məkanlar aşağıdakılardır:
 
Qeyd edək ki, Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirmək istədiyi tarix də müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunan Sifariş Kitabında Yay Olimpiya Oyunlarının açılış mərasiminin 2020-ci il iyulun 17-də keçiriləcəyi göstərilib. Olimpiadanın bağlanış mərasiminin avqustun 2-də təşkili nəzərdə tutulub. Avqustun 13-də isə Yay Paralimpiya Oyunları start götürməlidir. Bu tədbir avqustun 24-dək davam edəcək.
 
2020-ci il Yay Olimpiya Oyunlarına Bakıdan əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdır. 2012-ci il mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Kanadanin Kvebek şəhərindəki iclasında bu şəhərlər arasından “short list” (“qısa siyahı”) seçəcək. Qalib şəhərin adı isə 2013-cü il sentyabrın 7-də İOC-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında açıqlanacaq.
 
Oxatma və reqbi - 12 min nəfərlik 8–ci km qəsəbə stadionunda;
 
Açılış və bağlanış mərasimi, atletika, futbol (final) - 80 min nəfərlik olimpiya stadionunda;
 
Suya tullanma, üzgüçülük, sinxron üzgüçülük, su polosu, müasir beşnövçülük (üzgüçülük) yarışları - 12 min nəfərlik Milli Su İdman növləri Mərkəzində;
 
Açıq suda üzgüçülük və triatlon - Bakı buxtasında;
 
Badminton və bədii gimnastika - 6 min nəfərlik Milli Gimnastika Mərkəzində;
 
Basketbol, qılıncoynatma, müasir beşnövçülük (qılıncoynatma), həndbol, stolüstü tennis, taekvondo, ağırlıqqaldırma - 15 min nəfərlik Bakı Sərgi Mərkəzində;
 
Boks - 8 min nəfərlik Heydər Əliyev adına İman-Konsert Kompleksində;
 
Kanoe–kayaq (slalom, spirint) və akademik avarçəkmə - Xocəsən gölü ətrafında salınacaq 12 min nəfərlik avarçəkmə mərkəzində;
 
Velosipet idmanı - 5 min nəfərlik Velosiped-Motosiklet Mərkəzində;
 
Dağ velosipedi - 2 min nəfərlik Biləcəri Dağ Veloidman Qurğusunda;
 
Veloyürüş – Milli Park ətrafında;
 
Velotrek - 5 min nəfərlik velodromda;
 
Atçılıq, otüstü hokkey, Müasir beşnövçülük (Atçılıq) - 12 min nəfərlik Binə Mərkəzində;
 
Futbol üzrə seçmə oyunlar - 15 min nəfərlik Qəbələ və Sumqayıt, 25 min nəfərlik Gəncə şəhər stadionlarında və 32 min nəfərlik Tofiq Bəhramov adına Respublika stadionunda;
 
Qolf - 2 min nəfərlik Bakı Arzular Adasında;
 
İdman gimnastikası və tramplin gimnastikası - 12 min nəfərlik Gimnastika Arenasında;
 
Güləş və cüdo - 25 min nəfərlik Kristal Zalında;
 
Yelkən idmanı – Bakı Yelkən İdmanı mərkəzində (Yaxt klub);
 
Atıcılıq - 3 min nəfərlik Milli Atıcılıq Mərkəzində;
 
Tennis - 21250 nəfərlik Tennis Mərkəzində;
 
Çimərlik Voleybolu - Milli Parkda;
 
Voleybol - 15 min nəfərlik Bakı Çoxməqsədli Arenada
 
(Lent.az)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah