USA Today: Azərbaycan Olimpiadada yeddi qızıl mükafat götürəcək
28 fevral 2012 01:08
ABŞ-ın nüfuzlu ümummilli gündəlik nəşri USA Today Olimpiada-2012-yə dair öz proqnozlarını ictimaiyyətə çatdırıb. Azerisport.az xəbər verir ki, son nəticələrə görə azərbaycan idmançıları London Olimpiadasında 14 medal qazana biləcəklər (7 qızıl, 4 gümüş və 3 bürünc). Bu göstərici ilə Azərbaycan 21-ci yeri tutacaq.
Qeyd edək ki, USA Today-in statistikləri öz ehtimallarında mürəkkəb alqoritmdən istifadə edirlər: son illər ərzində çempionatların və dünya kubokunun nəticələri diqqətlə təhlil edilir. Nəticədə idmançıların hazırda nə qədər güclü olduqlarını göstərən reytinq formalaşdırılır. Bununla da London Olimpiadasında onların qələbələrinin nə dərəcədə yəqin olacağı müəyyən edilir.