Bakı-2020-yə dəstək üçün 230 mindən çox imza toplanıb
31 mart 2012 12:00

Bakının 2020-ci ildə Yay Olimpiya Oyunlarına namizədliyinə dəstək üçün keçirilən imzatoplama kampaniyası “Bakı 2020”-nin təşkilat komitəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən uğurla davam etdirilir. Azerisport.az xəbər verir ki, bu barədə ATGTİ-nin mətbuat katibliyindən bildiriblər.
Məlumatda bildirilir ki, on gün ərzində Bakının 2020-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyinə namizədliyini dəstəkləyən 230 mindən çox imza toplanıb. Bunun 100 mini Bakı şəhərinin, 130 mindən çoxu isə regionların payına düşür.
Qısa müddətdə yığılan imzalar Olimpiya və Paralimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə Azərbaycan xalqının dəstəyinin göstəricisidi. (AzərTAc)