Fotoreportaj|Video|На русском

Olimpizm

Bakı-2020 üçün 494 min imza

11 aprel 2012 15:58
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Moskvada keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu sözləri aprelin 11-də keçirilən brifinqdə “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva deyib.
 
O, bildirib ki, Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Rusiyanın paytaxtında min nəfər nümayəndə heyətinin iştirak edəcəyi Assambleyada Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcək. Ölkəmizin Moskvada yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını əlamətdar hadisə kimi qiymətləndirən K.Nurullayeva Assambleyada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına dair təqdimat etməsinin böyük şərəf olduğunu diqqətə çatdırıb.

Nurullayeva vurğulayıb ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyimizin irəli sürülməsində məqsədimiz bu mötəbər tədbir vasitəsilə ölkəmizdə idmanın inkişafını daha da sürətləndirmək, sağlam həyat tərzini təbliğ etmək, gələcək nəsillər üçün möhtəşəm idman infrastrukturunu miras qoymaq və dünyaya nümunəvi Olimpiya Oyunları keçirməyə qadir olduğumuzu göstərməkdi. Bakının bu prosesdə üstünlüklərini diqqətə çatdıran K.Nurullayeva, paytaxtımızın iqliminin beynəlxalq idman yarışları üçün əlverişli olduğunu deyib. Bildirib ki, Bakı və bütövlükdə ölkəmiz zəngin mədəniyyət, gözəl təbiət və qədim tarixə malikdi. Əksər dünya ölkələrinin iqtisadi böhran vəziyyəti yaşadığı dövrdə ən sürətli iqtisadi göstəricilərə malik Azərbaycanın paytaxtı Bakının namizədliyinin irəli sürülməsi məntiqlidi.
 
“TNS Global”ın keçirdiyi rəy sorğusuna görə, Azərbaycan əhalisinin 95 faizinin Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini diqqətə çatdıran natiq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən imzatoplama kampaniyasının uğurla davam etdiyini diqqətə çatdırıb. Nəzərə çatdırılıb ki, hazırda ATGTİ tərəfindən 494 min imza toplanıb. Bunun 111 mini paytaxt, qalanı bölgələrin payına düşür.
K.Nurullayeva vurğulayıb ki, Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilərsə, bu, Azərbaycanın inkişafına təkan verəcək, həm də Beynəlxalq Olimpiya Hərəkatının genişlənməsinə səbəb olacaq. Bizim namizədliyimizin şüarı olan “Birlikdə bacarırıq” ifadəsi Azərbaycanın beynəlxalq Olimpiya ictimaiyyəti və bütövlükdə dünya ölkələri ilə dostluq və əməkdaşlığın inkişafına olan istəyini nümayiş etdirir. “Bakı-2020” Sifariş Kitabında təqdim etdiyimiz Olimpiya infrastrukturu isə ölkəmizin və regionun gələcək idman ehtiyaclarını tam ödəyəcək.
 
ATGTİ-nin sədri Şahin İsmayılov imzatoplama kampaniyasının uğurla davam etdiyini və vətəndaşlarımızın bu aksiyada yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov və “Bakı-2020”-nin kommunikasiya direktoru Nərgiz Birk-Petersen daxildirlər.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah