Bakı-2020 üçün 500.000 imza
16 aprel 2012 16:52

Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına namizədləyini dəstəkləmək üçün bir ay öncə başlamış imzatoplama kampaniyasına artıq 500.000 nəfər qoşulub. Azerisport.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən və yüzlərlə könüllülərin cəlb olunduğu bu kampaniya bu günə qədər uğurla davam etməkdədi.
Toplanılan imzaların sayının yarım milyona çatması isə Bakı 2020 layihəsinin Aprelin 14-də Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyasındakı təqdimatına təsadüf edir.
Qısa müddət ərzində yarım milyon imzanın toplanmasını şərh edən Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva qeyd edib: "Cəmi bir ay müddətində yarım milyon əhalinin Bakının Olimpiya Oyunlarına namizədlik ərizəsini dəstəkləməsi bizi çox sevindirir və ruhlandırır. Bu kampaniyanı uğurla təşkil edən hər kəsə, xüsusən də gənclərimizə çox minnətdaram. Bakı-2020 layihəsilə bağlı bizə uğurlar arzu edən Bakı və Azərbaycanın bütün bölgələrinin əhalisi imzatoplama kampaniyasına qoşularaq real dəstəyini bildirmişlər".
K. Nurullayeva, həmçinin, Bakı 2020-nin rəsmi Facebook fan səhifəsinin də qısa müddətdə 50.000-dən çox tərəfdar yığmasını böyük uğur adlandırıb: “Bütün bunlar xalqımızın nəcə böyük istəklə Bakının Olimpiya Oyunlarına ev sahibliyini dəstləklədiyinin bariz nümunəsidi. Mən onu da qeyd etməliyəm ki, bu dəstək beynəlxalq medianın da diqqətindən kənarda qalmır. Bu yaxınlarda insidethegames.biz saytı namizəd şəhərlərin sosial mediadakı fəaliyyətinin monitorinqini etmiş və Bakı 2020 fan sahifəsinin həm tərəftarlarının sayı, həm də faəliyyəti ilə digər şəhərləri qabaqladığını bildirib.”
Qeyd edək ki, İmza kampaniyası, həmçinin, Bakı 2020-nin rəsmi veb səhifəsi vasitəsi ilə elektron formada da aparılır.