MOK üçün daha bir tərəfdaş
19 aprel 2012 14:00
Sabah "Hyatt Regency" otelinin “Quba” konferens-zalında Milli olimpiya komitəsi ilə Procter&Gamble şirkəti arasında müqavilə mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, MOK tərəfindən müqaviləni qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Procter&Gamble şirkətindən isə Qafqaz ölkələri üzrə baş direktor Kaan Baral imzalayacaq.