Bakı Olimpiada-2020-yə ev sahibliyi edəsi olmadı
24 may 2012 11:12

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Kanadanın Kvebek şəhərində keçirilən toplantı zamanı 2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı Bakı, İstanbul, Tokio, Madrid və Dohanın namizədliyi müzakirə olunub.
Beynəlxalq Olimpiya Komitəsinin qəbul etdiyi qərara əsasən İstanbul, Tokio və Madridin namizədliyi rəsmi status qazanıb. Bakı və Dohanın namizədliyi isə qəbul edilməyib. Buna əsas səbəb kimi paytaxtımızın infrastrukturunun Olimpiya oyunlarını keçirməyə imkan verməməsi göstərilib.
Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərin adı 2013-cü il sentyabrın 7-də Argentinada açıqlanacaq. Əsas rəqabətin İstanbul və Tokio arasında gedəcəyi gözlənilir.