Elnur Məmmədli: İkinci dəfə olimpiya çempionu olmağa hazıram
24 iyul 2012 13:34

Olimpiya çempionu Elnur Məmmədli London olimpiadasında uğurunu təkrarlamaq istəyir. Azerisport.az saytına müsahibəsində o, iddiasını açıqlayıb:
"London olimpiadasına böyük ümidlərlə yollanıram. Əsas məqsədim qızıl medal qazanmaqdı. İkinci dəfə olimpiya çempionu olmağa hazıram. Amma iyulun 31-nə kimi gözləməyinizi xahiş edirəm. Onda nəyə qadir olduğumu deyə biləcəm. Ümid edirəm ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanın medalları əvvəlki olimpiadakılardan daha çox olacaq”.
Qeyd edək ki, Azərbaycanı Olimpiya Oyunlarında 53 idmançı təmsil edəcək.