“Bakıya olimpiya medalı ilə qayıtmaq istəyirəm”
24 iyul 2012 16:37

Azərbaycan boksçuları Londona yalnız qızıl medallar qazanmaq məqsədi ilə gedir. Azerisport.az xəbər verir ki, bunu London olimpiadasında 56 kq çəki dərəcəsində mübarizə aparacaq boksçu Məhəmməd Əbdülhəmidov bildirib.
O, saytımıza müsahibəsində iddialı danışıb: “Bakıya olimpiya medalı ilə qayıtmaq istəyirəm. Olimpiya mükafatçısı olmaq idmançı üçün ən yüksək, ən vacib hədəfdi. Biz bu turnirə yaxşı hazırlıq keçmişik. Mən təkcə özümə yox, həm də komanda yoldaşlarıma güvənirəm. Boks yığmamızın heç bir üzvü Londona yalnız iştirak xatirinə getmir. Bizim hazırlıq səviyyəmiz olimpiadada ən yüksək nəticələrə ümid etməyə əsas verir. İnşallah, qələbələrlə qayıdarıq”.