Londonda Azərbaycanın bayrağı belə qaldırıldı (FOTOREPORTAJ)
25 iyul 2012 20:28

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya oyunlarınına bir neçə gün qalmış Azərbaycan nümayəndə heyətinin yaşadığı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb, himni səsləndirilib. Azerisport.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov, nazir müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nümayəndə heyətinin rəhbəri İlham Mədətov, idmançılar və digər şəxslər iştirak edirdilər.
Olmipiya kəndinin rəsmisi qonaqları salamladıqdan sonra Azərbaycanın himni səsləndirilib, bayrağı qaldırıldı. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov çərçivəyə salınmış və üzrəində milli elementlər olan Azərbaycan xalçasını olimpiya kəndinin rəsmisinə hədiyyə etdi. Rəsmi də öz növbəsində İlham Mədətova xatirə medalı hədiyyə etdi. Daha sonra İlham Mədətov Azərbaycan nümayəndə heyətinin adından xüsusi olaraq ayrılmış lövhəyə ürək sözlərini yazdı.