Azərbaycanın olimpiya yığmasının formaları Londonda satışa çıxarıldı (FOTOREPORTAJ)
26 iyul 2012 16:16

Olimpiadanın startı ərəfəsində Azərbaycanın olimpiya yığmasının formaları Londonda satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu, millimizin formalarını hazırlayan Ermanno Scervinonun şəxsi istəyi ilə baş tutub.
Belə ki, italiyalı dizayner bu formaların bəyənildiyini görərək, Londondakı mağazasında onların satışına başlayıb. Belə ki, həmin formaları əldə etmək istəyən hər kəs bu arzusunu həmin mağazaya baş çəkməklə həyata keçirə bilər. Mağazadan saytımızın əməkdaşına verilən məlumata görə, Azərbaycan yığmasının formaları olimpiadanın sonuna kimi satışda olacaq. Təbii ki, onlar həmin dövrə kimi qurtarmasa. Çünki mallara böyük tələbat olduğu bildirilir.