Azərbaycan idmançılarının növbəti heyəti Londona yola düşdü
27 iyul 2012 13:37

İyulun 26-da Azərbaycan idmançılarından ibarət növbəti nümayəndə heyəti XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşüb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər təntənə ilə yola salaraq uğurlar arzulayıblar.
Londona ağır atletlərimiz Əfqan Bayramov, Sərdar Həsənov, İntiqam Zairov, Veliçko Çolakov və velosipedçimiz Yelena Çalıx yola düşüblər. İdmançılardan ibarət ilk heyət iyulun 24-də Londona yollanmış, növbəti heyət isə avqustun 2 və 4-də gedəcək.
İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növü üzrə 53 idmançı təmsil edəcək.