Azərbaycan prezidenti olimpiadaya getdi (FOTO)
27 iyul 2012 02:53

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, Londonun “Stansted” hava limanında dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidentini və xanımını Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşılayıb.
Prezident hava limanından onun üçün ayrılmış iqamətgaha yollanıb.