Migitinov olimpiadaya qələbə ilə başladı (YENİLƏNİB)
28 iyul 2012 21:00

Bu gün azərbaycanlı boksçu Soltan Migitinov London olimpiadasındakı çıxışına start verib. Azerisport.az xəbər verir ki, onun 1/16 finaldakı rəqibi misirli Məhəmməd Hikal idi.
Birinci raundda Migitinov rəqibini 4:2 hesabı ilə üstələyir. İkinci raunda da Azərbaycan boksçusu daha güclü olur - 10:5. Nəhayət son raunda da (6:5) rəqibini üstələyən boks yığmamızın üzvü ümumi nəticədə 20:12 hesabı ilə qalib gələrək, 1/8 finala vəsiqə qazanıb.