İlqar Muşkiyev ümidləri doğrultmadı (YENİLƏNİB)
28 iyul 2012 15:15

Azərbaycanlı cüdoçu İlqar Muşkiyev bu gün London olimpiadasında ilk döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, o, ilk mərhələdə iştirak etmirdi.
Çünki idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayacaqd. Rəqibi isə Tobias Englmayer (Almaniya) – Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olacaqdı ki, sonuncu rəqibini məğlub etməyi bacarıb.
Beləliklə, Muşkiyev ilk cəhdində Davtyanı mübarizədən kənarlaşdırmaq məcburiyyətində qalıb. Amma çox təəssüf ki, İlqar bu görüşdən məğlubiyyətlə ayrılıb və mübarizəni elə ilk cəhdindəcə dayandırmalı olub.