Şıxəliyev də olimpiada ilə erkən vidalaşdı (YENİLƏNİB)
28 iyul 2012 23:40
Bu gün azərbaycanlı gimnast Şakir Şıxəliyev London olimpiadasındakı çıxışına start verib. Azerisport.az xəbər verir ki, o, idman gimnastikasında fərdi çoxnövçülük üzrə yarışlarda qüvvəsini sınayıb.
Şıxəliyev finala çıxmaq üçün 24 ən yaxşı nəticədən birini göstərməliydi. O, ilkin mərhələdə ümumilikdə 80.364 xal toplaya bilib. Bu isə idmançımızı yalnız 26-cı pilləyə çıxara bilib. Nəticədə Şakir final mərhələsin vəsiqə qazana bilməyib.