Azərbaycan təmsilçisi üçün “60”
28 iyul 2012 18:26

London Olimpiadasında veloyürüş iştirakçılarının start nömrələri müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 29-da 66 velosipedçi qız qrup halında yürüşdə çıxış edəcək.
İdmanın bu növündə Azərbaycanı ilk dəfə təmsil edəcək Yelena Çalıx da sözügedən mübarizəyə qoşulacaq. Bizim idmançının yürüşdə nömrəsi 60 olacaq.
Xatırladaq ki, şosedə veloyürüş iyulun 29-da Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.