Azərbaycanlı boksçular olimpiadakı ilk rəqiblərini tanıdılar
28 iyul 2012 00:16

Azərbaycan boksçularının London olimpiadasındakı ilk rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 30-da 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə start döyüşünü Monqolustandan Tuqsoq Nyambayara qarşı keçirəcək.
Məhəmməd Əbdülhəmidov isə mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun ilk rəqibi avqustun 1-də İsaak Doqboe (Kamerun) – Satoşi Şimizu (Yaponiya) cütünün qalibi olacaq.
Heybətulla Hacıəliyev (64 kq) Abdurrazak Hoyya (Tunis) ilə düşüb və ilk görüşünü iyulun 31-də keçirəcək.
Soltan Migitinov (75 kq) ilk cəhdində Misir idmançısı Məhəmməd Hikalaya qalib gəlməlidi.
Vətən Hüseynli (81 kq) iyulun 31-də ilk döyüşünü Ekvadordan Karlos Merkadoya qarşı keçirəcək.
91 k1-da yarışacaq Teymur Məmmədov Jaya Tapu Opitayyaya (Avstraliya) qalib gəlməyə çalışacaq.
Məhəmmədrəsul Məcidovun ilk sınağı Konqodan olan Meci Mvanbu ilə olacaq.
75 kq-da çıxış edən Yelena Vıstropova isə avqustun 5-də nigeriyalı Edit Oqokedən üstün olmalıdı.