Hətəmxanova da olimpiada ilə vidalaşdı (YENİLƏNİB)
29 iyul 2012 14:55

Bu gün Azərbaycanın üzgüçülük yığmasının üzvü Oksana Hətəmxanova London olimpiadasında öz qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, o, üzgüçülüyün brass növü üzrə 100 metr məsafəyə təsnifat yarışlarında mübarizə aparırdı.
İlk cəhdində idmançımız İvana Ninkoviç (Bosniya), Pilar Şimizu (Quam), Matelita Buadromo (Fici), Oyungerel Qantumur (Monqolustan) və Dede Kamara (Qvineya) ilə mübarizə aparıb. Bu "altılıq"da Hətəmxanova 1:25.52 dəqiqəlik nəticə ilə dördüncü olub. Amma bu göstərici ilə yarımfinala çıxmaq onun üçün mümkünsüz olub.
Qeyd edək ki, təmsilçimiz yarımfinala vəsiqə qazanmaq üçün 16 ən yaxşı nəticədən birini göstərməliydi. Hansı ki, həmin 16 vəsiqə uğrunda 45 idmançı mübarizə aparırdı.