Londonda Azərbaycan Günü (FOTOREPORTAJ)
29 iyul 2012 11:48
Xəbər verdiyimiz kimi, ötən gün Londonda Azərbaycan Günü keçirilib. Azerisport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbidə kifayət qədər məşhur simalara rast gəlmək mümkün idi.
Bunların arasında FİFA prezidenti Yozef Blatter, əfsanəvi yüngül atlet Sergey Bubka, şahzadə Eduard və başqalarına rast gəlmək olardı. Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev idmançılarımızın olimpiadadakı uğurlarından söhbət açdı. Ölkə başçısı olimpiya çempionu Elnur Məmmədlidən də danışdı, ona dəstək nümayiş etdirdi.