Yelena Çalıx mübarizəni başa çatdıra bilmədi (YENİLƏNİB)
29 iyul 2012 18:26

Bu gün London Olimpiadasında velosipedçi qızların qrup halında yürüşünə start verilib. Azerisport.az xəbər verir ki, 66 velosipedçi qız qrup halında yürüşdə çıxış edir.
İdmanın bu növündə Azərbaycan da ilk dəfə təmsil olunurdu. Ölkəmizi təmsil edən Yelena Çalıx mübarizəyə məhz bu gündən qoşulub. Bizim idmançının yürüş nömrəsi 60 idi.
Qeyd edək ki, şosedə veloyürüş Bakı vaxtı ilə saat 16:00-da başlayıb. 74.7 km-lik ilk hissənin tamamında Çalıx 66 idmançı arasında yalnız 62-ci ola bilib (2:09:54). Növbəti sıralama barədə rəsmi açıqlama yalnız 90.3 km məsafə qət olunanda açıqlanacaqdı. Amma bu məsafəni tam qət etməmiş Çalıx mübarizəni dayandırmalı olub. Onun mübarizəni sona kimi davam etdirə bilməməsinə güman ki, zədə mane olub. Hansı ki, ondan əvvəl braziliyalı Janides Fernandes Silva da eyni aqibəti yaşayıb.