İradə Aşumova finala çıxa bilmədi (YENİLƏNİB)
29 iyul 2012 14:19

Bu gün azərbaycanlı güllə atıcısı İradə Aşumova London olimpiadasında çıxışına start verib. Azerisport.az xəbər verir ki, veteran idmançımız olimpiadalar tarixində növbəti uğurunu qazanmağa çalışıb.
Aşumovanın ilk mişendəki nəticəsi 96 xal olub. İkinci mişendə isə i, 93 xal əldə edə bilib. Üçüncü mişendəki göstərici bir qədər də zəif alınıb - 90. Və nəhayət dördüncü mişendəki nəticə 93 xal olub. Ümumilikdə isə, Aşumova 372 xal qazanıb. Bu isə təmsilçimizi ümumi hesabda 39-cu edib. Amma bu, idmançımızın final mərhələsinə çıxmasına şərait yaratmayıb. Çünki növbəti mərhələyə ilk səkkiz pillənin sahibləri yüksəlib.
Maraq üçün bildirək ki, Aşumova 39 idmançı arasında 27-ci yerdə gedir. O, həm də Afina olimpiadasının bürünc mükafatçısıdı.