Azərbaycanın ilk medalını İlham Əliyev də gördü
30 iyul 2012 01:18

London Olimpiadasında ağır atletika üzrə 56 kq çəki dərəcəsində yarışan idmançıların yarışını Azərbaycan prezidenti İlham Əliyev də izləyib. Azerisport.az xəbər verir ki, idmançılarımıza dəstək olmaq üçün İngiltərənin paytaxtına gedən ölkə başçısı Azərbaycan yığmasının Londonda qazandığı ilk medalın da canlı şahidi olub.
Qeyd edək ki, həmin medalı ölkəmizə Valentin Xristov qazandırdı. Üçüncü yeri tutan təmsilçimiz bürünc medal qazanmağa nail oldu.