İki boksçumuz Londonda uğursuzluqla üzləşdi (YENİLƏNİB)
31 iyul 2012 02:10

Bu gün London Olimpiadasında boks yığmamızın daha iki üzvü ilk döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, bunlar 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə və 81 kq-da yarışan Vətən Hüseynli olimpiadaya start verib.
Elvin Məmişzadə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Monqolustan təmsilçisi Tuqstsoqt Nyambayar idi. Boksçumuz ilk raundda 5:4 hesabıyla üstün olub. İkinci raund isə rəqibin xeyrinə başa çatıb - 3:7. Təəssüf ki, son raundda da üstün oyun sərgiləyə bilməyən idmançımız (3:7) yekunda məğlubiyyətlə üzləşib - 11:18.

Vətən Hüseynli də mübarizəyə elə 1/16 final mərhələsindən başlayıb. Onun rəqibi isə Ekvadordan olan Karlos Merkado olub. Görüşün ilk raundunda Hüseynli 2:4 hesablı məğlubiyyətlə üzləşib. İkinci raundda həmyerlimiz yenə məğlub olub - 2:3. Nəhayət son raundda daha cəsarətli döyüşən Vətən 4:2 hesabıyla üstün olsa da, ümumi nəticədə 8:9 uduzaraq, Olimpiada ilə erkən vidalaşanların sırasına qoşulub.
Qeyd edək ki, bu günə qədər London Olimpiadasında hələlik bir boksçumuz rinqə çıxmışdı. Soltan Migitinov turnirə uğurla start verib və 1/8 finala yüksəlib.