Valentin Xristov Azərbaycan idmanında tarix yazdı
30 iyul 2012 02:14

Ötən gün London olimpiadasında Azərbaycan yığmasına bürünc medal qazandıran Valentin Xristov ölkə idmanında tarix yazıb. Azerisport.az xəbər verir ki, o, bu idman növündə Azərbaycana ilk dəfə olimpiya medalını qazandırıb.
Qeyd edək ki, Xristovdan öncə hələ heç bir azərbaycanlı ağır atlet olimpiadalarda belə uğura imza atmamışdı. Bu uğursuz seriyaya məhz 56 kq çəki dərəcəsində mübarizə aparan Xristov imza atdı.
Maraq üçün bildirək ki, Azərbaycan indiyə qədər daha çox boksda olimpiya medalına sevinib. Bu idman növündə 4 dəfə belə uğura imza atmışıq. Boksu 3 medalla yunan-roma güləşi izləyir.