İspaniya Olimpiadada daha bir şok yaşadı
30 iyul 2012 02:30

London Yay Olimpiadasında kişi futbolçulardan ibarət milli komandaların mübarizəsi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün qrup mərhələsində ikinci turun oyunları keçirilib.
A qrupunda Seneqal Uruvay millisini, meydan sahibləri Böyük Britaniya isə BƏƏ yığmasını məğlub edib. B qrupunda Meksika yığması Qabondan, Cənubi Koreya da İsveçrədən üstün olub.
C qrupunda baş tutan Misir və Yeni Zelandiya yığmalarının duelində qalib müəyyənləşməyib. Braziliya millisi isə Belarusu məğlub edib. D qrupunda isə növbəti sensasiya yaşanıb. İspaniya millisi Yaponiyanın ardından Hondurasa da məğlub olub. Qrupun digər matçında Yaponiya Mərakeşə qalib gəlib.
London-2012
Futbol
Qrup mərhələsi
2-ci tur
A qrupu
Seneqal - Uruqvay - 2:0
Böyük Britaniya - BƏƏ - 3:1
Böyük Britaniya, Seneqal – 4, Uruqvay – 3, BƏƏ - 0.
B qrupu
Meksika - Qabon - 2:0
Cənubi Koreya - İsveçrə - 2:1
Meksika, Cənubi Koreya – 4, İsveçrə, Qabon – 1.
C qrupu
Misir - Yeni Zellandiya - 1:1
Braziliya - Belarus - 3:1
Braziliya – 6, Belarus – 3, Misir, Yeni Zelandiya – 1.
D qrupu
Yaponiya - Mərakeş - 1:0
İspaniya - Honduras - 0:1
Yaponiya – 6, Honduras – 4, Mərakeş – 1, İspaniya – 0.