“Çox şadam ki, Azərbaycan xalqını sevindirə bildim”
30 iyul 2012 02:44

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Valentin Xristov (56 kq) London Olimpiadasında medal hesabımızı açmasına dair fikirlərini səsləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib: “Mən çox həyəcanlı idim. O qədər həyəcanlı idim ki, hətta ölkə prezidentinin, federasiya rəhbərliyinin zalda olmasından da xəbər tutmamışam. Çox şadam ki, Azərbaycan xalqını sevindirə bildim. Düzünü deyim ki, mən ikinci olmaq istəyirdim. Amma bir qədər bəxtim gətirmədi. Halbuki, ikinci ola bilərdim. Buna sadəcə həyəcanım mane oldu. Həm də bir qədər zədəm var idi. Ona görə daha yaxşı nəticə göstərməyi bacarmadım”.