Azərbaycan prezidenti Valentin Xristovu təbrik etdi
30 iyul 2012 02:56

Ağır atletika üzrə 56 kq çəki dərəcəsində keçirilən yarışların mükafatlandırma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev azərbaycanlı atlet Valentin Xristovu qazandığı tarixi uğur münasibətilə tərbik edib. Azerisport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin rəhbəri Xristovdan növbəti olimpiadada qızıl medal gözlədiyini dilə gətirib:
“İndi üçüncü oldun. Amma növbəti dəfə birinci yeri tutmaq lazımdı”.
Ölkə başçısı həmçinin yığmamızın məşqçilər korpusunu da təbrik edib. Baş məşqçi Nizami Paşayev Xristovun yarış zamanı üzləşdiyi çətinliklərdən danışıb.