Nataliya Mustafayevanın 1/4 finaldakı rəqibləri açıqlandı
30 iyul 2012 15:34

London Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinə vəsiqə qazanmış avarçəkənimiz Nataliya Mustafayevanın növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, iki min metr məsafəyə yürüşdə idmançımız Eji Kim (Koreya Respublikası), Xaruna Sakakibara (Yaponiya), Yekaterina Karsten (Belarus), Fi Udbi Eriksen (Danimarka) и Kissya da Kosta (Braziliya) ilə birgə mübarizə aparacaq.
Yarımfinala vəsiqə qazanmaq üçün idmançımız mütləq ilk üçlüyə düşməlidi.
Qeyd edək ki, bu mərhələnin yürüşü iyulun 31-də Londondakı Dorni gölündə keçiriləcək.