Azərbaycan təmsilçisinin Olimpiadada növbəti rəqibləri bəlli oldu
30 iyul 2012 15:47

London Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinə vəsiqə qazanmış avarçəkənimiz Aleksandr Aleksandrovun növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2000 metr məsafəyə yürüşdə idmançımız Anderson Noçetti (Braziliya), Marsel Haker (Almaniya), Alan Kempbell (Böyük Britaniya), Patrik Salas (Meksika) və Donq Yonq Kim (Cənubi Koreya) ilə mübarizə aparacaq.
Aleksandrov yarımfinala çıxmaq üçün mütləq ilk üç yerdən birini tutmalıdı.
Qeyd edək ki, bu mərhələnin yürüşü iyulun 31-də Londondakı Dorni gölündə keçiriləcək.