Elnur Məmmədli: Mənim sözüm yoxdu
31 iyul 2012 14:16

Olimpiya çempionu Elnur Məmmədli London Yay Olimpiya oyunlarındakı ilk cəhdindəcə uğursuzluqla üzləşməsinə şərh vermək istəməyib. Azerisport.az xəbər verir ki, hakimlərin qərarı ilə Kanada idmançısı Antuan Valua-Forteyə məğlub olan cüdoçumuz saytımıza açıqlamasında sadə bunları dilə gətirib:
“Mənim sözüm yoxdu. Məğlubiyyətin səbəbini izah edə bilmərəm”.
Cüdo üzrə yığmamızın baş məşqçisi Ağayar Axundzadə də qısa danışıb: “Siz hər şeyi özünüz də gördünüz. O, məğlub oldu”.
“Mənim sözüm yoxdu. Məğlubiyyətin səbəbini izah edə bilmərəm”.
Cüdo üzrə yığmamızın baş məşqçisi Ağayar Axundzadə də qısa danışıb: “Siz hər şeyi özünüz də gördünüz. O, məğlub oldu”.