Azərbaycan təmsilçisinin yarımfinaldakı rəqibləri bəlli oldu
31 iyul 2012 16:58

Azərbaycanın akademik avarçəkmə yığmasının üzvü Aleksandr Aleksandrovun London Yay Olimpiya oyunlarında 2000 metr məsafəyə yarımfinal yürüşlərindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz finala vəsiqə uğrunda çinli Lianq Janq, argentinalı Santyaqo Fernandes, çexiyalı Ondrey Sinek, britaniyalı Alan Kempbel və belçikalı Tim Meyenslə mübarizə aparacaq.
Qeyd edək ki, finala vəsiqə qazanmaq üçün Aleksandrov mütləq bu qrupda ilk üçlüyə düşməlidi. Yarımfinal yürüşləri avqustun 1-də keçiriləcək.