Nataliya Mustafayevanın yarımfinaldakı rəqibləri açıqlandı
31 iyul 2012 17:22

Azərbaycanın akademik avarçəkmə yığmasının üzvü Nataliya Mustafayevanın London Yay Olimpiya oyunlarında 2000 metr məsafəyə yarımfinal yürüşlərindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz finala vəsiqə uğrunda isveçli Frida Svensson, amerikalı Jenevra Stoun, çinli Siyun Syna, danimarkalı Fi Udbi Eriksen və yeni zelandiyalı Emma Tviqqlə mübarizə aparacaq.
Qeyd edək ki, finala vəsiqə qazanmaq üçün Mustafayeva mütləq bu qrupda ilk üçlüyə düşməlidi. Yarımfinal yürüşləri avqustun 2-də keçiriləcək.