Güləş yığmamız da Londona yola düşür
1 avqust 2012 13:08

XXX Yay Olimpiya Oyunları çərçivəsində 5-12 avqust 2012-ci il tarixdə Londonda güləş yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan güləşçiləri 13 çəki dərəcəsində Olimpiya lisenziyası qazanıb.
Bu çəki dərəcələrində ölkəmizi kimlərin təmsil edəcəyi artıq dəqiqləşib. Həmçinin qeyd edək ki, Olimpiya Oyunlarının güləş yarışlarında ölkəmizi iki olimpiya dərəcəli hakim – AGF baş katibi Əjdər Cəfərov və Hicran Şərifov təmsil edəcək.
Yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Salih Bora, Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında 5 çəkidə mübarizə aparacaq.
55 kq – Rövşən Bayramov
60 kq – Həsən Əliyev
74 kq – Emin Əhmədov
84 kq – Saman Təhmasibi
96 kq – Şalva Qadabadze
Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi qadın güləşi yığmamız iki çəkidə lisenziya qazanıb.
48 kq – Mariya Stadnik
55 kq – Yuliya Ratkeviç
Sərbəst güləş üzrə yığmamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında 6 çəki dərəcəsində olimpiya medalları uğrunda yarışacaq.
60 kq – Toğrul Əsgərov
66 kq – Cəbrayıl Həsənov
74 kq – Əşrəf Əliyev
84 kq – Şərif Şərifov
96 kq – Xetaq Qazyumov
120 kq – Cəmaləddin Məhəmmədov
Yarışların proqramına əsasən, 5-7 avqustda yunan-Roma güləşçiləri, 8-9 avqustda qadınlar, 10-12 avqustda isə sərbəst güləşçilər arasında Olimpiya mükafatçıları bəlli olacaq.
5 avqust, bazar
Yunan-Roma güləşi: 55 və 74 kq
6 avqust, bazar ertəsi
Yunan-Roma güləşi: 60, 84, 120 kq
7 avqust, çərşənbə axşamı
Yunan-Roma güləşi: 66 və 96 kq
8 avqust, çərşənbə
Qadın güləşi: 48 və 63 kq
9 avqust, cümə axşamı
Qadın güləşi: 55 və 72 kq
10 avqust, cümə
Sərbəst güləş: 55 və 74 kq
11 avqust, şənbə
Sərbəst güləş: 60, 84, 120 kq
12 avqust, bazar
Sərbəst güləş: 66 və 96 kq