İradə Aşumova da vida etdi (YENİLƏNİB)
1 avqust 2012 16:48

Bu gün Azərbaycanın London Yay Olimpiadasındakı yeganə güllə atıcısı olan İradə Aşumova növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, o, pnevmatik silahdan güllə atıcılığı üzrə 25 metr məsafəyə yarışlarda qüvvəsini sınayıb.
Qeyd edək ki, idmançımız təsnifat mərhələsini ilk səkkizlikdə qapamalı idiş Onun ilk hədəfdə topladığı xal 97 olub. İkinci hədəfdə isə Aşumova 96 xal toplayıb. Son hədəfdən isə 94 xalla ayrılıb. Beləliklə, idmançımız ümumilikdə 287 xalla 13-cü sıranı tutub.
Aşumova son yarışında da ümidləri doğrultmayıb. O, öz yarımqrupunda yenə 291 xal toplayıb ki, iki yarışın cəminə görə toplanılan xallar onun finala çıxmas üçün yetərli olmur. Beləliklə, Aşumova üçün də Olimpiada uğursuz başa çatır.
Qeyd edək ki, Aşumova London Olimpiadasında 10 metr məsafəyə yarışlarda da finala çıxa bilməmişdi.