Səbinə də 1/8 finalda dayandı (YENİLƏNİB)
1 avqust 2012 18:55

Bu gün London Yay Olimpiadasında qılıncoynatmanın sablya növü üzrə yarışlara start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu idman növündə yeganə təmsilçisi Səbinə Mikina da məhz bu gün qüvvəsini sınayıb.
Qeyd edək ki, Səbinə yarışlara 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi isə almaniyalı Aleksandra Buydoso idi. İlk yarıda Sabina rəqibinə məğlub olub - 2:8. Lakin ikinci hissədə idmançımız rəqibindən daha güclü olub ümumi hesabda da qələbə qazanaraq, növbəti mərhələyə adlayıb - 15:13.
1/8 finalda Səbinənin rəqibi Ukrayna təmsilçisi Olqa Xarlan idi. Qeyd edək ki, ukraynalı qılıncoynadan ilk mərhələdə Bolqarıstan idmançısını 15:8 hesabı ilə üstələmişdi. Səbinə də bu rəqibi ilə görüşün ilk yarısını məğlub başa vurub - 2:8. İkinci raundda Səbinə qalib gəlib - 8:7. Amma ümumi hesabda daha üstün (15:10) olan ukraynalı idmançı 1/4 finala adlayıb.