Daha bir təmsilçimiz də çıxışını başa vurdu (YENİLƏNİB)
1 avqust 2012 17:53

Bu gün Azərbaycanın London Yay Olimpiadasındakı velosiped idmanı (veloşosse) üzrə yeganə təmsilçisi Yelena Çalıx növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, o, bu dəfə fərdi yarışlarda öz qüvvəsini sınayıb.
Lakin fərdi yarışlarda da Çalıx ciddi uğur qazana bilməyib. O, 24 idmançı arasında 41 dəqiqə 47 saniyə (41:47.06) nəticə ilə 20-ci yeri tuta bilib.
Qeyd edək ki, Yelena Çalıx Londonda daha bir sınaqdan çıxmışdı. Lakin o, qrup halında yarışlar zamanı zədələndiyi üçün mübarizəni başa çatdıra bilməmişdi.