Təmsilçimizin olimpiya çempionluğu yolundakı rəqibləri açıqlandı
1 avqust 2012 16:31

Azərbaycanın akademik avarçəkmə yığmasının üzvü Aleksandr Aleksandrovun London Yay Olimpiya oyunlarında 2000 metr məsafəyə final yürüşlərindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz olimpiya çempionluğu uğrunda avstraliyalı mex Drisdeyl, isveçli Lassi Karonen, almaniyalı Marsel Haker, çexiyalı Ondrey Sinek və britaniyalı Alan Kempbellə mübarizə aparacaq.
Qeyd edək ki, final yürüşləri avqustun 3-də keçiriləcək.