Azərbaycan təmsilçisi Olimpiadanın finalına yüksəldi! (YENİLƏNİB)
1 avqust 2012 15:38

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 2000 metr məsafəyə yarımfinal yürüşləri baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da finala çıxmaq üçün qüvvəsini sınayıb.
Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 15:30-da çıxıb. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən avarçəkənimiz finala vəsiqə uğrunda çinli Lianq Janq, argentinalı Santyaqo Fernandes, çexiyalı Ondrey Sinek, britaniyalı Alan Kempbel və belçikalı Tim Meyenslə mübarizə aparıb. Sevindirici haldı ki, Aleksandrov bu dəfə də üçüncü olmağı, ən əsası isə finala çıxmağı bacarıb.
Qeyd edək ki, idmançımız yalnız Böyük Britaniya və Almaniya təmsilçilərindən zəif nəticə göstərir. Onun bu dəfəki göstəricisi isə belədi - 7 dəqiqə 20 saniyə (7:20.80).
Final yürüşü avqustun 3-də keçiriləcək.