Mustafayeva Olimpiadanın əsas finalına çıxa bilmədi (YENİLƏNİB)
2 avqust 2012 15:28

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 2000 metr məsafəyə yarımfinal yürüşləri baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nataliya Mustafayeva da finala çıxmaq üçün qüvvəsini sınayıb.
Mustafayeva start xəttinə Bakı vaxtı ilə saat 15:20-də çıxıb. Qadınlar arasında 1 nəfərlik qayıqla çıxış edən avarçəkənimiz finala vəsiqə uğrunda isveçli Frida Svensson, amerikalı Jenevra Stoun, çinli Siyun Syna, danimarkalı Fi Udbi Eriksen və yeni zelandiyalı Emma Tviqqlə mübarizə aparıb.
Qeyd edək ki, idmançımız finala çıxmaq üçün mütləq ilk üçlükdə yer almalıydı. Lakin o, bu vəzfənin öhdəsindən gələ bilməyib. Qrupunda sonuncu yeri tutan təmsilçimiz yalnız B finalında çıxış etmək hüququ qazanıb.