“Məqsədim finalda da yaxşı çıxış etməkdi”
2 avqust 2012 02:12

Azərbaycanın akademik avarçəkmə yığmasının üzvü Aleksandr Aleksandrov London Yay Olimpiadasında finala çıxması münasibətilə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Görüşləri əsasən üçüncü yerlə başa vurmağım daha çox gücümüzü növbəti mərhələlərə saxlamaq məqsədi daşıyırdı. Amma etiraf edim ki, nə mən, nə də məşqçilərimiz Olimpiadada belə nəticə qazanacağımızı gözləmirdi. Düzdü, bu barədə düşünürdüm, bunu arzulayırdım. Məşçimiz Yuliana Stoyevaya minnətdaram. O, öz işini bilən mütəxəssisdi. Əks halda finalda olmazdım. Həmçinin bu uğurumda əməyi olan digər hər kəsə də minnətdarlığımı bildirirəm. Final çətin olacaq. Rəqiblərimin hamısı məndən daha təcrübəlidi. Mən isə Olimpiadanın debütantıyam. Amma əsas hədəfim mümkün qədər yaxşı çıxış etməkdi”.