Təmsilçimizin olimpiadada növbəti rəqibləri açıqlandı
2 avqust 2012 16:20

Azərbaycanın akademik avarçəkmə yığmasının üzvü Nataliya Mustafayevanın London Yay Olimpiya oyunlarında 2000 metr məsafəyə final yürüşlərindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz heç də olimpiya çempionluğu uğrunda yox, 7-12-ci yerlərin sahiblərini müəyyənləşdirməli olan B finalında yarışacaq.
Onun bu yolda rəqibləri Mari-Luis Dreqer (Almaniya), Frida Svensson (İsveç), Yuliya Levina (Rusiya), Jenevra Stoun (ABŞ) və Donata Vıstartayte (Litva) olacaq.
Qeyd edək ki, B finalı üzrə yürüşlər avqustun 4-də baş tutacaq.