Daha bir təmsilçimizdən uğursuz çıxış (YENİLƏNİB)
2 avqust 2012 15:39

Bu gün Azərbaycanın London Yay Olimpiya oyunlarındakı daha bir təmsilçisi medal qazanmağa çalışıb. Azerisport.az xəbər verir ki, bu, üzgüçülük üzrə yarışlardakı təmsilçilərimizdən Yevgeni Lazuka idi.
Qeyd edək ki, o, üzgüçülüyün batterflay növü üzrə 100 metr məsafəyə yarışlarda qüvvəsini sınayıb. Növbəti mərhələyə adlamaq üçün təmsilçimizə mütləq təsnifat mərhələsindəki 43 iştirakçı arasında 16 ən yaxşı nəticədən birini göstərmək lazım idi. Amma çox təəssüf ki, o, 53.86 saniyəlik göstərici ilə 38-ci yeri turub və növbəti mərhələyə adlaya bilməyib. Beləcə, onun üçün də Olimpiada erkən başa çatıb.
Maraq üçün xatırladaq ki, üzgüçülük üzrə yarışlarda daha bir təmsilçimiz Londonda qüvvəsini sınamışdı. Amma Oksana Hətəmxanova (brass, 100 metr) yarımfinala vəsiqə qazana bilməmişdi.