Aleksandrov beşinci oldu (YENİLƏNİB)
3 avqust 2012 16:37

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 2000 metr məsafəyə final yürüşləri baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da medal qazanmaq üçün qüvvəsini sınayıb.
Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 16:30-da çıxıb. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən avarçəkənimiz olimpiya çempionluğu uğrunda yeni zelandiyalı Mex Drisdeyl, isveçli Lassi Karonen, almaniyalı Marsel Haker, çexiyalı Ondrey Sinek və britaniyalı Alan Kempbellə mübarizə aparıb.
Lakin çox təəssüf ki, idmançımız güclü rəqibləri ilə mübarizədən qalib ayrıla bilməyib. O, yürüşü beşinci pillədə vurub - 7:09.42.
Olimpiya çempionu adını yeni zelandiyalı qazanıb - 6:57.82. Çexiyalı Sinek ikinci olub - 6:59.37. Böyük britaniyalı isə bürünc medalla kifayətlənib - 7:03.28. Karonen də Aleksandrı qabaqlayanlar arasında olub - 7:04.04.