Camal Rəhimov növbəti mərhələdə (YENİLƏNİB)
4 avqust 2012 19:00

Bu gün London Yay Olimpiadasına vəsiqə qazanan daha bir təmsilçimiz mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, atçılığın konkur növü üzrə yarışlarda çıxış etmək hüququ qazanan çaparımız Camal Rəhimovdu.
Qeyd edək ki, 24 yaşlı idmançımız fərdi konkur yarışlarında Varrior adlı atla çıxış edir. O, təsnifat mərhələsində uğurla çıxış edə bilsə, finala vəsiqə qazanacaqdı. Yarış Bakı vaxtı ilə saat 14:30-da start götürüb. Lakin püşkün nəticəsinə görə 36-cı sırada meydana çıxan idmançımız bunun üçün təxminən 2 saata yaxın gözləmək məcburiyyətində qalıb. Təəssüf ki, Camal məsafəni itkisiz başa vura bilməyib. O, son maneəni dəf edərkən 4, vaxt amilinə görə isə 1 cərimə balı ilə cəzalanıb. Beləliklə, təmsilçimizin göstəricisi belədi: 85,09 saniyə və 5 cərimə balı.
Amma buna baxmayaraq, sonda Rəhimov 60 ən güclü arasında yer ala bilib. Hansı ki, növbəti mərhələyə məhz ilk 60-lıqda yer alanlar keçəcəkdilər. Camal 53-cü olub.