Bayramovla Əhmədovun ilk rəqibləri bəlli oldu
4 avqust 2012 22:07

Azərbaycanın yunan-roma güləşçiləri sabah London Yay Olimpiya oyunlarında mübarizəyə start verəcəklər. Azerisport.az xəbər verir ki, artıq millimizin üzvlərindən Rövşən Bayramovla Emin Əhmədovun ilk rəqibləri bəllidi.
Belə ki, 55 kq-da mübarizə aparacaq Rövşən Bayramovun startdakı rəqibi rusiyalı Minqan Semyonov olacaq. 74 kq çəki dərəcəsində yarışacaq Emin Əhmədov isə İslam Tolba (Misir) – Neven Zuqaj (Xorvatiya) cütünün qalibi ilə güləşəcək.