Teymur Məmmədov ən azı bürünc medalı təmin etdi (YENİLƏNİB)
6 avqust 2012 02:30

Bu gün London Yay Olimpiya oyunlarında qüvvəsini sınamaq şansı qazanan boks yığmamızın daha iki üzvü rinqə çıxıb. Azerisport.az xəbər verir ki, bunlar 91 kq çəki dərəcəsində yarışan Teymur Məmmədovla qadınların yarışında mübarizə aparacaq Yelena Vıstropova (75 kq) idi.
Qeyd edək ki, qadın boksunda Olimpiadalardakı ilk təmsilçimiz olan Vıstropova mübarizəyə birbaşa 1/8 finaldan başlayıb. Onun rəqibi isə Edit Oqoke idi (Nigeriya). Bu döyüşün ilk raundunda rəqib üstün olub - 2:4. İkinci raundda yenə oxşar hesab qeydə alınır - 2:4. Üçüncü raundda isə Yelena qalib gəlir - 6:3. Çox təəssüf ki, son raundda təmsilçimiz yenə uduzub - 2:3. Beləliklə, Yelena ümumi nəticədə 12:14 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.
Teymur Məmmədova gəlincə, o, 1/4 finala çıxmaq üçün bu dəfə Belarusdan olan Sergey Korneyevi mübarizədən kənarlaşdırmalıdı. Maraq üçün qeyd edək ki, Teymur əvvəlki mərhələdə avstraliyalı boksçunu 12:11, Korneyev isə ekvardorlu rəqibini 21:12 hesabı ilə məğlub edib.
Teymur ilk raundda rəqibini 9:4 hesabıyla üstələməyi bacarıb. İkinci raundda isə Korneyev üstün olub - 9:6. Son raunda yenə belaruslu idmançı qalib gəlib - 4:6. Yekun nəticədə 19:19 hesabı qeydə alınsa da, əlavə göstəricilərə görə, Məmmədov qalib elan olunub. Belədə, Teymur Məmmədov yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.