Azərbaycan Olimpiadada ciddi itki ilə üzləşdi
5 avqust 2012 02:52
Azərbaycan London Olimpiadasında ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ağır atletika üzrə yığmamızın üzvü Veliçko Çolakov yarışlara qatılmamış İngiltərə paytaxtını tərk etmək məcburiyyətində qalıb.
Buna zədə səbəb olub. Belə ki, 105 kq çəki dərəcəsində yarışmalı olan atletimiz əlini zədələdiyi üçün, yarışlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu çəki dərəcəsində mübarizəyə avqustun 6-da start veriləcəkdi.