Azərbaycan olimpiyaçılarının axırıncı qrupu Londona yola düşdü
5 avqust 2012 02:27

Avqustun 4-də Azərbaycan olimpiyaçılarının axırıncı qrupu Londona yola düşüb. Azerosport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq aeroportunda Azərbaycan yığmasının üzvlərini – taekvondoçuları, güləşçiləri, habelə idman qurumları əməkdaşlarını idman həvəskarları yola salıb, onlara Vətənə qələbə ilə qayıtmağı arzulayıblar.
Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov idmançılarımızın London olimpiadasında yaxşı çıxış edəcəklərinə və ölkənin idman salnaməsinə parlaq səhifələr əlavə edəcəklərinə ümidvar olduqlarını bildirib.